Ronaldo koronavirusdan sağaldı
31.10.2020 , 12:46

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo koronavirusdan sağalıb.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Portuqaliyalı hücumçunun son koronavirus testinin nəticəsi mənfi olub və futbolçu karantindən çıxıb.
Xatırladaq ki, Ronaldo oktyabrın 13-ü koronavirusa yoluxmuşdu.
