UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Ayaks" klubu (Niderland) ilə oyunun baş hakimini tənqid etdiyinə görə "Mançester Siti"nin (İngiltərə) baş məşqçisi Roberto Mançinini cəzalandırmamaq qərarına gəlib.
Korner.az-ın məlumatına görə, italiyalı mütəxəssis final fitindən sonra matçın baş hakimi Peter Rasmussen ilə söhbət etmək üçün meydançaya daxil olaraq hakimin idarəçiliyindən xeyli narazı qaldığını bildirib.
Dünən 2:2 hesabı ilə başa çatan oyunda ən azı iki mübahisəli epizod olub. Bunlardan biri Serxio Aqueronun hesaba alınmayan qolu, digəri isə Mario Balotelliyə qarşı qayda pozuntusuna görə təyin edilməyən penaltidir.
