"Qalatasaray"ın ispanyalı futbolçusu Albert Riyera,"Fənərbağça" ilə 3 illik müqavilə bağlayan Dirk Kayta sözlə sataşıb.
Korner.az-ın məlumatına görə, hollandiyalı futbolçunun "tvitter" sosiyal şəbəkəsində: "İnşallah kubok qazanmaq nəsib olar. Bunu 4 gözlə gözləyirəm". – ifadələrinə sabiq komanda yoldaşı Riyera bu cür şərh edib: "Düzgün yolda deyilsən Dirk. Təəssüflər olsun ki, sən ikincilik üçün mübarizə aparacaqsan. Çünki Türkiyənin ən böyük klubu "Qalatasaray"dır".
Daha sonra Kayt ispaniyalıya heç bir cavab verməyib. Riyeranın işlətdiyi bu ifadələr isə "cim-bom" azarkeşlərinin çox xoşuna gəlib.
