Riçard Qadzenin yeni klubu bəlli oldu
13.07.2018 , 15:26

“Zirə”dən ayrılan Riçard Qadzenin yeni klubu bəlli olub.
Qanalı futbolçu karyerasını Rumıniyada davam etdirəcək. Hücumçu “Voluntari” klubu ilə münasibətlərini rəsmiləşdirib. 23 yaşlı hücumçunun yeni klubu ilə 3 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Qadze “Zirə”yə Hindistanın “Delhi Dinamo” klubundan transfer olunub. O, “Qartallar”ın heyətində keçirdiyi 35 oyunda 10 qolla yadda qalıb.
