big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Ramin Musayev: PFL brend olmasaydı, Elxan Səmədov prezident olmağa razılıq verməzdi (MÜSAHİBƏ – İKİNCİ HİSSƏ)

23.08.2022 , 11:12

PFL-in sabiq prezidenti Ramin Musayevlə müsahibənin dünən təqdim etdiyimiz hissəsi “isinmə” hərəkətləri idisə, bu hissədə qarşılıqlı olaraq “tempi” xeyli qaldırdığımızın şahidi olacaqsınız. Bu hissədə həm də qarşılıqlı ittiham və atmacalar görəcək, sonda “xeyirxah, yoxsa qanunlara riayət edən məmur?” sualına özünüz cavab verməli olacaqsınız. Çünki Ramin müəllim bu məsələnin səsə qoyulmasını istədi…

 

“Rayon İcra Hakimiyyətinin başçısı deyirdi ki, pulu verin mənə, mən baxacam kluba”

– Sizin təşəbbüsünüzlə yaradılan əvəzediciləri saldılar Birinci diviziona. Və Birinci divizionda da…
– Rəqabət yox…

– … Təbii, rəqabət yox, üstəlik, klubların hamısına SOCAR-ı sponsor etdilər. Kimə lazımdır belə klublar? Niyə ləğv etmirdiniz onları?
– Ləğv etmək olmazdı axı.

– Kimin pulu, bacarığı varsa, oynasın. Niyə bu ölkənin pullarını mənasız yerə xərcləyirdiniz? Və dərd həm də ondadır ki, o liqadan Premyer Liqaya heç olmasa bir klub gəlmir ki, deyək, cəhənnəm, bu kluba görə o boyda xərcə dəyərmiş.
– Gəlmələrinə maddiyyat imkan vermirdi. Hər şeyi Rövnəq Abdullayev etmək məcburiyyətində deyil.

– Heç olmasa, indi etiraf edə bilərsinizmi ki, o pullar çölə atıldı?
– Yenə deyirəm, hər şeyi AFFA-nın üstünə atmaq düz deyil. Kənardan da dəstək lazımdır.

– İndiyədək, klub demirəm, hər hansı Birinci divizion futbolçusunun Premyer Liqa klubuna transferinin şahidi olmusunuz?
– … (susur)

– Əgər bir Birinci divizion klubunun futbolçusu Premyer Liqada oynamaq üçün yetişdirilmirsə, ona xərc çəkməyin nə mənası var?
– Birinci divizion klublarında çalışan rəhbərlər kimlər idi?

– Kimlər idi?
– Onlardan tələb etmək lazımdır, pulu verəndən yox. Ki, sən orda çalışırsan, hara baxırsan?

– Axı, üzr istəyirəm ifadəmə görə, o pullar sizin, Rövnəq Abdullayevin, Elxan Məmmədovun dədəsinin pulu deyildi. Dövlətin pulu idi. Öz cibinizdən vermirdiniz ki?
– Orda işləyənlər vicdansızlıq edirlərsə, Rövnəq Abdullayev nə etsin?

– Vicdansızlıq etdiyini görürsə, o pulu kəsmək lazım deyil?
– Pulu kəsəndə də deyirlər ki, niyə kəsdiniz? Ona görə təkrar-təkrar deyirəm, bölgələrdə olmalı idi futbol. Bunu da edəndə Rayon İcra Hakimiyyətinin başçısı deyirdi ki, pulu verin mənə, mən baxacam kluba…

– 14 il oturduğunuz binanın həyətində bir tikili var. Nəyə yarayır o tikili?
– Nəyi deyirsən?

– “Akademiya”nın binasını. Nə işə yarayır indi o bina?
– Qız futboluna.

– Qadın futbolu üçün tikilmişdi?
– O bina UEFA-nın maliyyə vəsaiti ilə tikilmişdi, dövlətin pulu ilə yox.

– Olsun, amma onun da hesabatını vermək lazımdır axı. Ki, mən bu binanı filan məqsəd üçün tikmişdim, amma uğursuz fikir idi, zay layihə idi, üzr istəyirik. Bunu edən, bunu deyən, bunu deməyə cəsarəti olan adam yoxdur axı. Və məncə, Azərbaycan futbolunun ən böyük bədbəxtliyi də budur: heç kim hesabat vermir, heç kim “çarmıxa çəkilmir”, hamı özünü “mütləqi-hakimiyyət” bilir.
– Çünki sualı düzgün ünvanlamırsınız.

– Kimə ünvanlamalıyıq? Mən sizə konkret olaraq sual verirəm də, Birinci divizionda hansı klubların oynamasına siz də razılıq verirdiniz axı.
– Mən oyunların təşkilindən məsul olmuşam, mənə aid suallar ver, xahiş edirəm.

 

Orxan qorxaq hakim idi, amma Rəhim yox

– Yaxşı. Hakimlər Komitəsinə gələk. Heç vaxt normal hakim kimi qəbul etmirdim, amma hardadır bəh-bəhlə FİFA referisi etdiyiniz Rəhim Həsənov, Orxan Məmmədov?
– Rəhimlə Orxan pis hakim idilər?

– Orxan yaxşı laynsman ola bilərdi, amma baş hakimliyi “sıfır”. Rəhim isə “əhvalı dəyişkən hakim” idi.
– Orxan qorxaq hakim idi, düzdür, amma Rəhim yox. Orxan yaxşı laynsman idi, baş hakimliyə nahaq keçdi.

– Hardadırlar indi? Niyə məhv elədiniz?
– Elədim?

– Yox, elədiniz.
– Əksinə, mənim vaxtımda parlamışdı “ulduzları”.

– Elə sizin vaxtınızda da söndü də.
– Y-o-o-x. Hakimlik mənə tabe olanda nəinki Rəhim, çox hakimə şans verdik və özlərini doğrultdular.

– Hakimlik sizin əlinizdən alınmışdı ki? Hətta PFL-ə səlahiyyət verilmişdi ki, Hakimlər Komitəsinin təyin etdiyi hakimin təyinatına veto qoysun.
– Əvvəl idi o. Xaqani (Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədovu nəzərdə tutur – S.A.) gedəndən sonra belə şey olmayıb.

 

Elxan ən şad günümdə də, ən ağır günümdə də yanımda olub

– Deməli, AFFA daxilində Elxan Məmmədovla nüfuz müharibənizdəki ilk “post”u onda itirmişdiniz?
– Mən “post” itirmədim, hakimliyimiz itirdi. Əksinə, hakimliyin mənə tabe olması əzab-əziyyət idi mənim üçün. O ki qaldı Elxan Məmmədova, o məsələdə də, vallah, səhvsən, onunla mənim aramda heç vaxt düşmənçilik olmayıb. Kənardan elə görürdünüz. Bax, bu dəqiqə zəng edim, ilk sözü “bəli, qardaş, eşidirəm” olacaq. Elxan ən şad günümdə də, ən ağır günümdə də yanımda olub. Anam rəhmətə gedəndə eşidən kimi gəlmişdi, çəkdi qırağa ki, Ramin müəllim, birdən nəsə ehtiyacın olar. Ailəmdə iki dəfə xeyir iş olub, ikisində də ailəsi ilə əvvəldən axıra qədər iştirak edib.

– Və siz də onun səmimiyyətinə inanmısınız.
– Mən onun səmimiyyətinə həmişə inanmışam, bu gün də inanıram. Elxan müəllim kənardan göründüyü kimi deyil.

– Yaxşı, hakimlik sizin əlinizdən niyə alındı?
– Qərar belə oldu.

– Kimin qərarı idi?
– Bilə bilmərəm.

– Bəlkə elə səmimiyyətinə inandığınız Elxan Məmmədovun qərarı olub?
– Yox. Heç o da istəməzdi ki, hakimliyə görə “başı ağrısın”.

– Ramin müəllim, AFFA-da iki qrup arasında mübarizə var. Əgər bu qruplardan birinə aid olan “post” əlindən alınırsa, bunu qarşı qrup etmirsə, kim edir?
– Əvvəlki hay-küylər yadındadır? “Karvan”, “Xəzər Lənkəran”, “Bakı”, “İnter”… O mübahisəli oyunlar var idi ha, onda oğul istəyirdim ki, gəlsin otursun Ramin Musayevin yerində. Adicə bir künc zərbəsinə görə bir komanda üstümüzə hücum çəkirdi. Sən bilirsənmi ki, 2008-ci ildən işdən çıxana qədər mən hər həftə şənbə-bazar da işdə olmuşam?

– Təbiidir də, çempionat oyunları şənbə-bazar keçirilir.
– Heç oyunlar olmayanda da işdə olmuşam. Valideynlər gəlirdilər şənbə-bazar günləri. Həftəiçi işləyir, azyaşlı övladının futbolla bağlı problemini həll etmək üçün məcburdur da həftəsonu gəlsin. Mənə aidiyyəti olmayan məsələlər idi e, amma bir nəfər deyə bilməz ki, mən AFFA-ya getmişdim, Ramin Musayev orda idi, ancaq bizi qapıdan qaytardılar.

– Sizin işiniz deyildisə, niyə qəbul edirdiniz, niyə aidiyyəti şəxslərə yönəltmirdiniz?
– İnsanıq axı. Kimə yönəldəydim?

– Möhtərəm Elxan Məmmədova, məsələn.
– Şənbə-bazar işləmirdilər onlar. Valideyn də bilmir axı onun şikayətinə baxmalı olan insanlar həftəsonu işləmirlər. Aşağıdan zəng edirdilər ki, Ramin müəllim, valideyn gəlib, uşağının problemi var. Uşaq da mənim üçün “sarı sim”dir. İstəməmişəm ki, o uşaq pərt olsun, evə qayıdanda valideynin üzü uşağının yanında qızarsın. Bacardığımı, əlimdən gələni eləmişəm, insan kimi yola salmışam. Mənim işim deyildi, amma edirdim. Mənim işçilərim, bir də Allahım şahiddir. Peşman da deyiləm.

 

Ən vacibi odur ki, o “aktyorluq” edənlərin simalarını görmürəm

– Özünüzün təbirinizcə desək, həftənin 7 günü işləyən adam artıq 20 gündür ki, işdən azad edilib və özünü azad hiss edir?
– Çox. Ən vacibi odur ki, o “aktyorluq” edənlərin simalarını görmürəm. Kim olduqlarını soruşma. Sən bunu yazanda özləri biləcəklər.

– Sizin ətrafınızda idilər, yoxsa əks cəbhədə?
– Ad istəmə məndən. Ümumiyyətlə deyirəm. Mən futboldan danışıram. Mən həmişə “pryamoy” olmuşam. Bəlkə də, düşünürsünüz ki, mənim işdən çıxmağımda Rövnəq müəllimin rolu var. Amma, vallah, heç bir rolu yoxdur onun.

– Rövnəq Abdullayevin niyə əli olsun ki? Öz adamını işdən çıxarmaz ki.
– Heç Elxan Məmmədovun da, vallahi-billahi, əli yoxdur. Sadəcə, özüm bezmişdim.

– Bəs onda niyə işdən çıxarılmağınızla bağlı xəbərdə “bezdiyi üçün” yox, “səhhəti ilə əlaqədar” ifadəsi yazılmışdı?
– Elə yazmaq olmazdı axı. Necə ki o “Lex” haqqında “lox” ifadəsi işlətmişdim…

– O açıqlamanıza da gələcəyik…
– Gələk də. İctimai Birliyin sədri nə vaxtdan dövlət məmuru sayılır? İkincisi, “lox” sözü təhqirdir, söyüşdür?

– Amma PFL rəhbərinin ağzına yaraşan ifadə deyil.
– Mən də soruşuram, PFL rəhbəri məmurdur?

– Məmurdur, amma dövlət məmuru deyil.
– Belə baxanda hər kəs məmurdur.

– Amma siz rəhbər şəxssiniz. Açığı, mən də düşündüm ki, işdən azad olunmağınızın, baxın, yenə istefa verməyinizin demirəm, məhz işdən azad olunmağınızın səbəbi elə o ifadə idi.
– Yox, səhvsən.

– Heç bir qısnama hiss etmədiniz o sözdən sonra?
– Yox.

– Heç bir yerdən zəng, eyham da olmadı?
– Vallah, yox. Səmimi deyirəm.

– Mən düşündüm ki, hətta Polşanın Azərbaycandakı səfirliyi bəyanat-filan verəcək.
– P-a-a-h. Mənim o sözümü qəbul etməyənlər polşalı azarkeşlər burda bizim bayrağı tapdalayanda niyə səsini çıxarmırdı?

– Niyə dediniz o sözü?
– Peşman da deyiləm. Demirik ki, söz azadlığı var? Söyüş söyməmişəm ki?

– Amma jarqon idi.
– Jarqon olsun da. O qədər rəhbər, məmurlar olub ki bundan betər sözlər deyiblər, hərəkətlər ediblər, amma heç kim tənqid etmir.

– Edirlər də.
– Mən heç eşitməmişəm. Ad çəkməyəcəm, amma o qədər məmur olub ki, jurnalistə ağır söz deyib, sillə vurub, heç bu qədər müzakirə olunmayıb.

– Əvvəlki illərdə ola bilər, amma indi ictimai nəzarət güclənib.
– Yox, elə bu yaxınlarda da olub. Bir dənə sual verəcəm, indiyə qədər eşitmisənmi Ramin Musayev bir jurnalistə ağır söz desin?

– Eşitməmişəm.
– Amma mənim haqqımda bu illər ərzində o qədər tənqid, hətta təhqirlər yazılıb ki… Biri elə bayaq sənə zəng edən Rəşad Ergün, nə qədər təhqir edib məni, bir dəfə cavab vermişəmmi? Əksinə, hər dəfə jurnalistlərə demişəm ki, haqlı tənqid etməyən nakişidir.

– Rəşad Ergün indi burada deyil, amma mən onu həm həmkar, həm də yazı üslubuna və şəxsiyyətinə bələd olduğum həmkarım kimi müdafiə edərək deyə bilərəm, onun qələmindən təhqir çıxdığının şahidi olmamışam.
– O qədər edib ki…

– Bəlkə hansısa iynəli ifadəsini, sarkazmını təhqir kimi qəbul etmisiniz, amma adım kimi əminəm, Rəşadın üslubunda təhqir yoxdur. Qayıdaq o “lox” məsələsinə, o söz əvvəlcədən hazırlanmış “ev tapşırığı” idi, yoxsa o anda gəldi beyninizə və dediniz?
– (gülümsəyir) Yox, bədahətən gəldi. Nə bilim, o da bir xatirədir.

– Qapını o ifadə ilə çırpdınız?
– Y-o-o-x, qapını açıq qoydum çıxanda. Tam səmimi deyirəm, mən sevindim ki, yerimə Elxan Səmədov gəldi. Gözəl insandır. Vaxt gələcək, mənim sözümü təsdiqləyəcəksiniz.

– Rəhbər şəxs üçün ilk növbədə insanlıq önəmlidir, yoxsa səriştə?
– İnsanlıq. Onun yanında elə əməkdaşlar var ki, hər şey tez zamanda öz yerini tutacaq.

– Nə bilim. Mənim fikrimcə, əməkdaşın rəhbərdən öyrənməli olduğu çox şey olmalıdır, nəinki rəhbərin əməkdaşdan.
– Mən o idarəni relsə salmışam gedir. Onu sadəcə “külək”dən qorumaq lazımdır, vəssalam. Orda elə işçilər var ki… İşçilər deyəndə, orda əsas yük düşürdü Elgizin üstünə, o da öz işini bilir və işinin öhdəsindən layiqincə gəlir. Aslan Şahgəldiyev klubda işləyib, klublarla işi bilir, 10 ildən artıq mənim yanımda olub, iş prinsipimizi bilir. Mənə elə gəlir, Elxan müəllim üçün çətin olmayacaq. Çətin mərhələni arxada qoydu.

– Nə idi çətin mərhələ? Sponsor?
– Birinci növbədə, bəli, sponsor. İkincisi də ətrafı. Ətrafı güclüdür, yaxşı əməkdaşlar var yanında. Aslanı yanına götürməklə çox ağıllı addım atdı. Aslana mənim vaxtımda dəfələrlə yaxşı iş təklifləri gəlmişdi, amma mənə görə getməmişdi.

 

Rövnəq müəllim sual verdi ki, Ramin, “Neftçi” niyə bu gündədir?

– Elxan Səmədov deyib ki, PFL-i brendə çevirəcəyik. PFL brend deyil?
– Eşitməmişəm bu açıqlamasını. Amma PFL brend olmasa, onun prezidenti olmağa razılıq verməzdi. Bəlkə demək istəyib ki, PFL-i brend kimi saxlamaq istəyirik, reytinqini qoruyaq?

– Yox, yox, “brendə çevirəcəyik” deyib. İstəsəniz, o açıqlamanı sizə göstərə bilərəm, fanat.az saytına müsahibəsində deyib.
– Vallah, bilmirəm. Göstərərsən.

– Ramin müəllim, PFL prezidenti olduğunuz dövrdə ən böyük səhviniz nə idi ki, onu bu gün də həzm edə bilmirsiniz?
– Səhvsiz insan yoxdur… O məsəl var e, əlimin duzu yoxdur… Tək PFL-ə görə çəkmədim bu misalı, uşaqlıq illərimdən belədir – əlimin duzu yoxdur. Bir tərəfdən də fikirləşirəm ki, ətrafımdakı 100 adamın hamısı qədirbilən ola bilməz, qoy onların içindən 10 nəfər qədirbilən çıxsın, bəsdir.

– Artıq PFL prezidenti deyilsiniz, bəlkə indi açıq deyəsiniz, “Neftçi”də Müşahidə Şurası yaradılana qədər PFL prezidenti Ramin Musayev “Neftçi”ni də idarə edirdimi?
– İstər inan, istər inanma, mən “Neftçi”dən ayrılandan sonra… Məndən soruşulub ki, komandaya təcili olaraq yaxşı idarəçi lazımdır, mən də ani olaraq Tahir Süleymanovun adını çəkmişəm.

– Siz məni qabaqladınız, mən də Tahir bəylə bağlı soruşacaqdım. Çünki illərdir var bu söhbətlər.
– Mən nə varsa, onu deyirəm. Əkbər müəllim məndən soruşub ki, Ramin, klubu idarə edə biləcək adam lazımdır, özü də təcili. Mən də Tahirin adını vermişəm, çünki əvvəllər də klublarda işləmişdi, demişəm ki, onun bacarığı var. Mənə elə gəlir ki, “Neftçi” o adamdan heç bir ziyan görmədi.

– Halbuki o dövrdə Tahir Süleymanovla aranız heç də isti deyildi, mətbuatda sizin əsas tənqidçilərinizdən idi.
– Onu “Turan”a da mən göndərmişdim. Onunla aram heç vaxt pis olmayıb. Tənqid edirdi, sağ olsun, mən sağlam tənqidin tərəfdarıyam. Sonra… Sadıq Sadıqov “Neftçi”nin prezidenti olanda məndən soruşublar ki, komandaya baş məşqçi kimi gətirək? Filankəsi, yoxsa bəhmənkəsi? İki variantları var idi çünki. Mən də demişəm, Böyükağa Hacıyev daha məqsədəuyğundur. Biz Sadıqla cavanlıqdan dostuq. O, birinci kursda oxuyanda mən institutu bitirmək üzrə idim, yaxın olmuşuq.

– İkinci namizəd kim idi?
– Onu demərəm. İstəyirsən, düşmən olum adamlarla?

– Yox, sadəcə maraqlıdır. Qurban Qurbanov deyildi ki?
– Xeyr, Qurban deyildi. Sonra dedim ki, köməkçi kimi də Tərlan Əhmədovu götürün, ikisi bu işi bacaracaq. Ondan sonra çox adam dedi ki, Boyükağanı, Tərlanı “Neftçi”yə Ramin gətirmişdi, özü də çempion elədi. And olsun Allaha, yalandır! Bir klub rəhbəri, bir hakim deyə bilməz ki, Ramin Musayev “Neftçi”yə simpatiya göstərib, kömək edib. Ürəyimdə “Neftçi”yə sevgi olub, bu gün də var və olacaq da. Amma heç vaxt bu kluba kömək etməmişəm. Əksinə, “Neftçi”yə görə iki-üç hakimi qovmuşam.

– Kimləri deyirsiniz? Anar Salmanov, Anar Niyazov, İmanxan Sultani, Rövşən Əhmədov..?
– Gəlin adlar çəkməyək.

– Sizin dövrünüzdə hakimlikdən uzaqlaşdırılanları sadalayıram sadəcə.
– Onu özün fikirləşib taparsan. Nə isə… Sonra “Qarabağ”a Qurban Qurbanovu məsləhət görmüşəm. Bir dəfə də, Rövnəq müəllim, Elxan müəllim və mən dayanmışdıq, “Neftçi”nin cəmi 1 xalı var idi. Yadımda deyil, baş məşqçiləri kim idi. Rövnəq müəllim sual verdi ki, Ramin, “Neftçi” niyə bu gündədir? Dedim, vallah, nə bilim, onu klubun rəhbərliyindən soruşmaq lazımdır. Söhbət oldu ki, bəs nə edək, belə bir köklü klubun axırıncı yerlərdə getməsi ayıbdır axı. Mən də dedim, məsləhət görərdim, Tərlan Əhmədovu ora baş məşqçi verək. Tərlanın məşqçilik bacarığını görmüşəm, bələdəm, götürək. Elxan müəllimin fikrini soruşdu, o da dedi ki, Ramin müəllimin fikri ilə razıyam. Tərlan komandanı götürdü və Avroliqaya vəsiqə qazandı. Üç nəfəri baş məşqçi kimi tövsiyə etmişəm, hər üçü də özünü doğruldub. Bu gün Azərbaycan Qurban Qurbanovla fəxr edir. Düzdür?

– Əlbəttə.
– Deməli, mənim məsləhətlərim pis olmayıb.

 

Komanda dağılmaq üzrədirsə və mən bunun qarşısını alıramsa, səlahiyyətlərimi aşmış oluram?

– Ramin müəllim, bir anlıq təsəvvür edin, İngiltərə Futbol Assosiasiyasının rəhbərliyi sizin üçlükdə etdiyiniz söhbəti edir. Məsələn, assosiasiyanın rəhbəri orada sizin vəzifənizdə oturan şəxsə deyir ki, ser filankəs, bu “Mançester Yunayted” niyə bu gündədir, bu cür köklü klub üçün nə edə bilərik? Və adamlar söhbətin sonunda “Mançester Yunayted”ə baş məşqçi seçirlər. Təsəvvür edə bilirsiniz belə bir şeyin mümkünlüyünü?
– Mən İngiltərə Futbol Assosiasiyasının rəhbərinin kim olduğunu bilmirəm, heç tanımaq da istəmirəm. Bura İngiltərədir? Bura Azərbaycandır e. Niyə İngiltərədə çayxana yoxdur?

– Orda da “pablar” var.
– “Pab” nədir?

– Loru dildə desək, pivəxana. Bizdə “çayxana mədəniyyəti” olduğu kimi, onlarda da “pabxana mədəniyyəti” var.
– Sən təsəvvür edirsənmi ki, İngiltərədə keçmiş PFL rəhbəri ilə idman jurnalisti çayxanada oturub müsahibə edirlər?

– Yəqin onlar da “pab-klublar”da alırlar müsahibələri.
– Sən yaşadığın dövlətdən, yaşadığın cəmiyyətdən danışırsansa… Sən sual verdin ki, PFL prezidenti olanda hansı kluba nə etmisən, mən də açıq şəkildə dedim. Tovuzun komandası dağılırdı. Rövnəq müəllimdən mən xahiş etdim ki, nəyin bahasına olursa-olsun, o komandanı yaşatmaq lazımdır.

– Niyə? Sizin işiniz idi bu?
– Axı Azərbaycan futboluna lazımdır o bölgə.

– Başa düşürəm, amma bu, sizin işiniz deyil, əksinə, səlahiyyətlərinizi aşmağınız deməkdir.
– Səlahiyyətlərimi aşmaq deməkdir?! Bir dəqiqə, bir dəqiqə, komanda dağılmaq üzrədirsə və mən bunun qarşısını alıramsa, bu, səlahiyyətləri aşmaqdır???

– Sizin PFL prezidenti kimi səlahiyyətləriniz qurumun Nizamnaməsində açıq şəkildə göstərilib. O səlahiyyətlər içərisində var idi belə bir maddə?
– Dayan görüm. Bax, oturub çay içirik, yanımızdan keçən bir adam yıxılsa, ayağa qalxmasına kömək etməyəcəksən?

– Edəcəm.
– Niyə? Sənin nə işinə qalıb?

– Müqayisə doğru deyil axı. Siz vəzifəli şəxs idiniz, bütün fəaliyyətinizi yalnız PFL-in Nizamnaməsi çərçivəsində həyata keçirə bilərdiniz və mən əminəm ki, o Nizamnamənin PFL prezidentinin səlahiyyətləri bölməsində “dağılmaq üzrə olan kluba maddi yardım göstərmək maddəsi” yoxdur. Var idisə, deyin, bilək. Siz Tovuz klubuna maddi yardım etməklə digər klubların haqqına girmirdinizmi? Siz pul verirdiniz ki, ay “Turan Tovuz”, al bu pulu, güclən, get o öz cibindən pul xərcləyən komandaları, “Qarabağ”ı, “Sabah”ı, “Zirə”ni ud. Bunun başqa izahı varmı?
– Hansı klub öz cibindən pul xərcləyir ki?

– “Qarabağ” sponsorunun pulları və UEFA-dan aldığı pullarla ilə dolanmır? AFFA-dan pul alır?
– Sponsorlar da verir, AFFA da.

– AFFA verirsə də, çempion olur deyə verir də, qara qaşına, qara gözünə aşiq olduğu üçün vermir ki.
– Xeyr, xeyr. Bütün komandalara verilir.

– Nəyin müqabilində?
– Kömək kimi, futbola dəstək olmaq üçün.

– Nəyə əsaslanıb verilir, dəqiqləşdirək də?
– Mən bilmirəm. Dövlət ayırır o pulu, dövlət. “Misli” nəyə gəldi?

– Premyer Liqaya sponsor olmaq üçün gəlib “Misli”. O başqa şeydir. “Qarabağ” klubunun rəhbərliyi cibindən pul xərcləyir, amma siz gedirsiniz “Turan Tovuz”a dövlətin pulunu yedizdirirsiniz. Haqsızlıq deyil bu?
– Xeyr. Hər hansı klubun bərpası üçün sponsor cəlb ediriksə, bu, qanun pozuntusudur?

– Bu, sizin səlahiyyətlərinizi aşmağınızdır.
– Xeyr. Gəl səsə qoyaq.

 

Ermənilər öz çempionatlarına “Şuşi” adlı klub buraxmaq istəyirdilər

– Sizin etdiyiniz xeyirxahlıqdır, bununla razıyam. Amma siz bu xeyirxahlığı hüquqi baxımdan səlahiyyətlərinizi aşmaqla etmisiniz, məsələ budur.
– Məni ver hüquq mühafizə orqanlarına. Ki, Ramin Musayev belə-belə qanunsuzluqlar edib, “Turan Tovuz” dağılırdı, qarşısını alıb.

– Yəni səlahiyyətlərinizi aşdığınızı hələ də etiraf etmirsiniz?
– Xeyr! Mən insanlıq borcumu yerinə yetirmişəm. “Şuşa” klubunun yaradılmasının tərəfdarı kim idi? Kim idi o klubun yaşamasını istəyən? Mən! Çünki həmin dövrdə ermənilər öz çempionatlarına “Şuşi” adlı klub buraxmaq istəyirdilər. Biz yaratdıq deyə, onlar buraxa bilmədilər.

– Nə oldu o “Şuşa” klubunun axırı? Premyer Liqayamı gətirdiniz? Avrokuboklaramı vəsiqə qazandı?
– Avroliqaya çıxmaq vacibdir? Əsas odur ki, adı bizdə qaldı, onlar o adı qoya bilmədilər.

– Bu gün “Qarabağ” klubunun Qarabağ adını Azərbaycan kimi Avropaya daşıması əladır, amma kimə lazımdır Azərbaycanın aşağı liqalarındakı “Şuşa” klubu?
– Bəs niyə demirsən ki, Qurban Qurbanovu “Qarabağ”a tövsiyə etməklə də səlahiyyətlərimi aşmışam?

– Niyə demirəm ki? Deyirəm də, o məsələdə də səlahiyyətlərinizi aşmısınız.
– Aşmışam?! Məsləhət görmüşəm deyə?!

– Əlbəttə! Mən sizə bayaq sizin məlum üçlü görüşünüzə İngiltərə Futbol Assosiasiyası timsalında proyeksiya verdim.
– Klub rəhbərliyi məndən fikrimi soruşub, mən də demişəm. Pis etmişəm? Bu gün nəticəsini görürsən? Görürsən! Kaş hər kəs mənim kimi səlahiyyətlərini aşsın, amma belə gözəl nəticələr versin.

(ardı var)

Müsahibənin birinci hissəsini buradan oxuya bilərsiniz.

Saleh Arslan

Son yazılar

To Top