big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Remsi lənəti – YENİ VƏ KEÇMİŞ QURBANLAR

20.04.2015 , 08:38

“Arsenal”ın uelsli yarımmüdafiəçisi Aaron Remsinin hər vurduğu qoldan sonra tanınmış şəxslərin vəfat etməsi dəfələrlə dünya mediasında müzakirə olunub. “Curse of Ramsey” (Remsinin lənəti) adını almış inanılmaz təsadüflərə görə, 2008-ci ildə İngiltərə klubuna transfer olunan Remsinin vurduğu hər qoldan sonra ən azı bir məşhur şəxs dünyasını dəyişir. Ötən həftə dünyaca tanınmış yazıçılar Günter Qrass və Eduardo Qalyanonun həyata gözlərini yumması ağıllara yenidən Remsini gətirdi. 

2009-cu il oktyabrın 14-də keçirilən Lixtenşteyn-Uels görüşündən iki gün sonra ispaniyalı idman jurnalisti və şərhçisi Andres Fontes vəfat etdi.

2009-cu il noyabrın 14-də baş tutan Uels-Şotlandiya matçından iki gün sonra “Qaziantepspor”da da forma geyinmiş  meksikalı futbolçu Antonio de Niqris Remsinin növbəti “qurbanı”na çevrildi.

Remsinin 27 fevral 2010-cu ildə “Stok Siti” ilə qarşılaşmadakı iştirakından bir neçə gün sonra Çilidə 8.8 bal gücündə zəlzələ və sunami baş verdi. Bu təbii fəlakətlər nəticəsində yüzlərlə insan həyatını itirdi. Həmin görüşdə Remsinin ayağının iki yerdən sındığını da qeyd edək.

2011-ci il mayın 1-də keçirilən “Arsenal”- “Mançester Yunayted” görüşündən bir gün sonra “Əl-Qaidə” terror təşkilatının lideri Usama bin Laden ölü olaraq ələ keçirildi. Məşhur terrorçunun “topçu”ların çılğın azarkeşi olması da maraqlı məqamdır.

2011-ci il oktyabrın 2-də keçirilən “Tottenhem”-“Arsenal” görüşündən 3 gün sonra “Apple” şirkətinin dünyaca məşhur yaradıcılarından Stiv Cobs həyatla vidalaşdı.

2011-ci il oktyabrın 19-da keçirilən “Marsel”- “Arsenal” qarşılaşmasından bir gün sonra Liviya lideri Müəmmər Qəddafi yerli üsyançılar tərəfindən öldürüldü.

2012-ci il fevralın 11-də keçirilən “Sanderlend”-“Arsenal” görüşündən bir müddət sonra tanımış musiqiçi Vitney Hyuston da Remsinin “lənətinə tuş gəldi”.

2012-ci il avqustun 4-də baş tutan Böyük Britaniya – Cənubi Koreya matçından bir gün sonra Latın Amerikası musiqisində xüsusi çəkiyə sahib olan Çavela Varqas da həyata gözlərini yumdu. 

2013-cü il martın 22-də oynanılan Şotlandiya-Uels görüşündən sonra musiqi dünyası kubalı pianoçu, orkestr şefi və bəstəkar Bebo Valdesi itirdi.

2013-cü il mayın 14-də keçirilən “Arsenal”- “Viqan”  oyunundan üç gün sonra Argentinanın dövlət başçısı Xorge Rafael Videla Remsinin növbəti “qurbanı”na çevrildi.

2013-cü il sentyabrın 18-də keçirilən “Marsel”-“Arsenal” görüşündən sonra amerikalı boksçu Ken Norton da “Remsi lənəti”nin güdazına getdi.

2013-cü il noyabrın 30-da baş tutan “Kardiff”- “Arsenal” qarşılaşmasından bir neçə gün sonra amerikalı məşhur aktyor Paul Valker vəfat etdi.

2014-cü il aprelin 20-də oynanılan “Hall Siti”- “Arsenal” matçından  sonra “Hurrikan” ləqəbli kanadalı boksçu Rubin Korter də bu dünya ilə vidalaşdı.

2014-cü il mayın 11-də keçirilən “Norviç Siti”- “Arsenal” görüşündən bir gün sonra rəssam və heykəltaraş Hans Rudolf Giger həyata gözlərini əbədi olaraq yumdu.

10 avqust 2014-cü ildə oynanılan “Arsenal”- “Mançester Siti” qarşılaşmasından bir gün sonra amerikalı məşhur aktyor Robin Vilyams da bu dünya ilə vidalaşdı.

Son olaraq isə ötən həftəsonu “Arsenal”ın səfərdə “Börnli”ni 1:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada uelslinin qələbə qolundan 2 gün sonra dünyaca məşhur yazıçılar Günter Qrass və Eduardo Qalyano da həyata gözlərini yumdular.

Ürfan Məmmədzadə

Son yazılar

To Top