"Real"ın (Madrid) sabiq futbolçusu Quti gələn mövsüm İngiltərə Premyer Liqasında çıxış edə bilər.
Korner.az-ın məlumatına görə, ispaniyalı futbolçu "Vest Hem" klubu ilə görüşmələrə başlayıb. Məlumatı Qutinin özü də təsdiqləyib. 25 il "Real" forması geyindikdən sonra "Beşiktaş"a keçən ulduz futbolçu, hal-hazırda klubsuzdur.
Məsələyə yaxın günlərdə aydınlıq gələcək.
