ÇL-in B qrupundan növbəti mərhələyə vəsiqə qazanan "Qalatasaray"a bir təbrik də qrupdakı rəqibləri "Real"ın prezidenti Florentino Perezdən gəlib. O, "Cim Bom"un başqanı Ünal Aysala zəng edərək onu təbrik edib.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Perez Aysalı belə təbrik edib:
"Qalatasaray" bir daha ötən mövsümkü uğurun təsadüf olmadığını sübut etdi. Həqiqətən layiqlı və gözəl oyun nümayiş etdirirsiniz. Azarkeşlərinizin etdiyini isə dünayada görmək mümkün deyil. Günorta vaxtı və soyuqda tribunaları doldurmaqları möhtəşəm idi".
