“Real” onunla müqavilə yeniləyir
01.04.2024 , 23:32

“Real” klubu yeni müqaviləyə hazırlaşır.
Korner.az xəbər verir ki, Madrid klubu Andriy Luninlə yeni sözləşmə imzalayacaq.
Tibo Kurtuanın zədələnməsi dönəmində özünə əsas komandada yer qazanan ukraynalı qapıçı “Kral klubu”nun gələcək planlarına daxildir.
Tərəflər arasında yaxın günlərdə müqavilə imzalanacaq.
