"Yoldaşlıq görüşündə nəticə həmişə vacibdir. Hamı qələbə qazanmaq istəyir. İnşallah, maksimum gücümüzü qoyub, buna nail olmaq lazımdır ki, Lüksemburqla səfər oyununa yaxşı əhval-ruhiyyədə gedək. Yəqin ki, qalib gələrik".
Korner.az-ın məlumatına görə, bu sözləri millimizin və "Simurq"un futbolçusu Rasim Ramaldanov deyib.
Müdafiəçi "Simurq"dakı çıxışlarına da toxunaraq, komandasının şanslarını dəyərləndirib:
"İnşallah. Klubumda “altılığ”a düşmək üçün 4 oyunumuz qalıb. Orda da canla-başla oynayırıq. Düzdür, hamı deyir ki, “Simurq” “altılıq”dadır. Ancaq bu, 100 faiz bilinmir. Son 4 oyundan da maksimum yararlanaraq, qələbə qazanıb “altılığ”a düşməliyik".