Rakitski Ukrayna millisindəki karyerasını başa vurdu
06.11.2019 , 19:48
Rusiyanın “Zenit” klubunda forma geyinən Yaroslav Rakitski Ukrayna millisindəki karyerasını başa vurub.
Korner.az xəbər verir ki, futbolçu bu barədə rəsmi “instagram” hesabından məlumat yayıb. Yığmadakı karyerasını bitirdiyini bildirib.
2009-cu ildə Ukrayna millisində debüt edən Rakitski, 54 oyunda iştirak edib və 4 qol vurub.