Rafinya üçün 80 milyon avro təklif
03.05.2023 , 16:46

“Nyukasl” “Barselona”nın futbolçusunu heyətinə qata bilər.
Korner.az xəbər verir ki, İngiltərə təmsilçisinin Rafinya üçün Kataloniya klubuna 80 milyon avro təklif etdiyi bildirilir.
La Liqa nəhəngi heyətini gücləndirmək üçün isə futbolçunu satmağı fikirləşir.
Rafinya “Barselona”nın heyətində 45 rəsmi oyunda 10 qol vurub və 11 məhsuldar ötürmə edib.
