Bu gündən etibarən "Rəvan” klubunun əsas heyəti 3 həftəlik təlim-məşq proqramı üzrə intensiv məşqlərə başlayacaq.
Korner.az- ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi postunda Cavad Güləri əvəzləyən Bəhmən Həsənov artıq ilk dəyişikliyinə əl atıb.
Belə ki, yeni baş məşqçi Syerra Leonei hüumçu Sallieu Bundunun oyunundan və məşqlərdə passivliyindən narazı olduğunu bildirib. Komanda oyununa uyğunlaşa bilməyən və öz mövqeyində yaxşı təəssürat bağışlamayan Bundu transferə çıxarılıb.
Qeyd edək ki, "Rəvan” komandası bu gündən etibarən məşqlərini və ev oyunlarını "20-ci sahə”də yeni inşaa edilmiş meydanda keçirəcək.
