Avropa Liqasının pley-off oyunu çərçivəsində sabah keçiriləcək APOEL – "Neftçi" oyununa artıq 20 min bilet satılıb. Korner.az-ın məlumatına görə, bu barədə məlumatı Kipr mətbuatı yayıb. 23 minlik azarkeş tutumuna malik "GSP Arena"nın sabah tam dolacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Bakıda “Neftçi” ilə APOEL arasındakı ilk oyun 1:1 hesabıyla başa çatıb. Cavab qarşılaşması isə avqustun 30-da Nikosiyada oynanılacaq və Bak; vaxt; il' saat 22:00-da başlayacaq.
