Litvanın Palanqa şəhərində təşkil olunmuş beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Latviya yığmaları arasında bu gün keçirilmiş oyundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov fikirlərini bildirib: “Gərgin oyun oldu. Qol imkanlarımız çox olsa da, onların ikisindən yararlana bildik. Rəqib əsasən bizə hava mübarizələrində çətinlik yaradırdı. Bununla belə, turnirin ilk oyununda qələbə qazana bildik”.
AFFA.az
