Moldovada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Moldova U-19 komandası ilə yoldaşlıq oyunu keçirib. Korner.az– ın AFFa-nın rəsmi saytına istinadən məlumatına görə, Moldova Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində keçirilmiş oyunda yığmamız 0:2 hesabı ilə məğlub olub.
Avqustun 23-də, Bakı vaxtı ilə saat 19:00-da bu komandalar arasında növbəti yoldaşlıq oyunu keçiriləcək.
