big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Qriqorçuk adi səhvi bizə bağışlamır”

27.05.2015 , 15:02

“Yeni baş məşqçinin gəlişindən sonra komandada müsbət dəyisiklik çoxdur. Nəticələr də bunu göstərir. Bir qədər əvvəl Avroliqaya vəsiqə verən 4-cü yer uğrunda mübarizə aparırdıqsa, indi məqsədimiz bürünc medallara yiyələnməkdir. Bu istəyimizə çatmağa çox yaxınıq”. 

Korner.az-ın məlumatına görə, bu fikirləri “Qəbələ”nin futbolçusu Bəxtiyar Soltanov klubun qəzetinə açıqlamasında deyib.

26 yaşlı yarımmüdafiəçi mövsümə “Araz Naxçıvan”da başlasa da, komandası II dövrədə çempionatda oynamaqdan imtina etdikdən sonra sərbəst futbolçu kimi “qırmızı-qaralar”a keçib. Futbolçu “Qəbələ”yə gəldiyi dövrlə indiki komanda arasında müqayisə aparıb:

“Mən gələndə komandada vəziyyət ürəkaçan deyildi. “Araz Naxçıvan” çempionatda mübarizədən kənarlaşdığına görə “Qəbələ”nin 6 xalının silinməsi turnir cədvəlindəki mövqeyimizə mənfi təsir etmiş, futbolçularda psixoloji gərginlik yaratmışdı. Birdən-birə iki pillə geriləməyimiz futbolçuları ruhdan salmışdı. Ancaq mövsümün ikinci yarısı yaxşı keçdi. Ardıcıl səkkiz qələbə komanda daxili ab-havanı xeyli yaxşılaşdırdı. 11 oyunluq məğlubiyyətsiz seriya əla göstəricidir. Ümid edirəm ki, son turda da qalib gələrək mövsümü medalla bitirəcəyik. Daha sonra Avroliqa oyunlarına hazırlığa başlayacağıq. Bu turnirdə məqsədimiz bir yox, bir neçə mərhələ keçmək olacaq”.

Soltanov komandanın yüksəlişdə olmasını ukraynalı mütəxəssisin həm də intizama xüsusi üstünlük verməsi ilə əlaqələndirib: “Adi səhvlərdən topu itirəndə Qriqorçuk çox əsəbiləşir. Rəqibin adi epizodda topu ələ keçirməsini bizə bağışlamır. Ancaq baş məşqçinin çox tələbkar olmasının bizə mənfi təsiri yoxdur. Olsaydı, hər halda belə uğurlu nəticələr qazanmazdıq. Səkkiz oyunluq qələbə seriyası “Qəbələ”nin tarixində ilk dəfədir. Bu seriyada iştirak etdiyimə görə sevinirəm. Çox mehriban kollektivimiz var. Baş məşqçi futbolçular arasında ayrıseçkiliyə imkan vermir, hamıya eyni gözlə baxır. Hər şey də bundan qaynaqlanır. Qriqorçukun vaxtında gələnlər gənclər yox, təcrübəli, öz sözünü demiş futbolçulardır. Hamısı komandaya fayda verir. Hər qələbə biz futbolçularda özünəinamı artırdı. Nəticədə, uğurlu oyunlarımız seriya xarakteri aldı. Özümüz də bunu gözləmirdik”.

“Qəbələ”yə gələndə “6 ay +1 il” şərti ilə müqavilə imzalayan Bəxtiyar gələcək taleyini zamanın ixtiyarına buraxıb: “Təbii, komandada qalmaq istəyirəm. Mənə “Qəbələ”də oynamaq hər cəhətdən rahatdır. Hər futbolçu istəyər ki, ailəsi yanında olsun. Mən də ailəmi Qəbələyə gətirmişəm. Sağ olsun rəhbərlik, buna şərait yaradıb. Ailən yanında olanda, özünü daha rahat hiss edirsən”.

Son yazılar

To Top