Qomez yenidən “Beşiktaş”a qayıda bilər
02.08.2018 , 16:32

“Beşiktaş” Mario Qomezi yenidən heyətinə cəlb etmək niyyətindədir
Türkiyə mətbuatının yaydığı məlumata görə, klubun transfer komitəsinin rəhbəri Ümid Günər ulduz futbolçu ilə Münhendə görüş təşkil edib. Görüşdə, alman futbolçu “Beşiktaş”a qayıtmağa müsbət rəy bildirib. Məlumatda bildirilir ki, Qomez yenidən “Beşiktaş” azarkeşləri qarşısında çıxış etməyin onu həyəcanlandıracağını bildirib.
Qeyd edək ki, türk klubu 2020-ci ilə qədər “Ştutqart”la müqaviləsi olan futbolçu üçün ilk mərhələdə icarə haqqında razılıq alacaq.
