İquain “Milan”da
02.08.2018 , 16:20

“Yuventus”un futbolçusu Qonzalo İquain “Milan”a keçib
Xəbər verdiyimiz kimi, “Yuventus”, argentinalı hücumçusunu “Milan”a transfer edib. Tibbi müayinədən keçən İquainin yaxın saatlarda rəsmi müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, “Milan”ın bu transfer üçün 54 milyon avro ödəyəcəyi iddia olunur. İquainin isə yeni klubunda ilinə 9 milyon 500 min avro qazanacağı gözlənilir.
