big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Qardaşdırlar”, “bir-birinə güzəştə gedirlər” kimi söhbətlər cəfəngiyyatdır – MÜSAHİBƏ

05.03.2015 , 21:06

“İnter”in gənc yarımmüdafiəçisi Coşqun Diniyevin Korner.az-a müsahibəsi.

– “İnter”- “Simurq” oyunu ilə bağlı təəssüratlarını bilmək istərdik.
– “Simurq”la oyunun çətin keçəcəyini əvvəlcədən bilirdik. Rəqib çox müdafiəyə meyilli komandadır, qapanmağı yaxşı bacarırlar. Onlarla oyunumuz hər zaman çətin keçir. Çalışırdıq ki, erkən qol vuraraq, üzərimizdəki təzyiqi ataq. Şükür Allaha, əlimizə düşən fürsətlərdən maksimum yararlandıq. Qələbə qazanmağımıza baxmayaraq, çox çətin oldu, bu mövsüm keçirdiyimiz ən ağır görüşlərdən biri idi.

– “Simurq”la oyunlarınız çox vaxt ictimaiyyət arasında böyük söz-söhbətə səbəb olur. Hər iki klub eyni mənbədən maliyyələşdirildiyindən, bəziləri düşünür ki, nəticələr qabaqcadan razılaşdırılır.
– Mən belə fikirlərlə qətiyyən razılaşmıram. “Qardaşdırlar”, “bir-birinə güzəştə gedirlər” kimi söhbətlər cəfəngiyyatdır. “Simurq”un da, “İnter”in də hədəfləri var, hər kəs çempionluq, avrokuboka vəsiqə uğrunda mübarizə aparır. Hər iki komanda meydana qələbə qazanmaq üçün çıxır, kim həmin gün güclüdürsə, şansı varsa, o da qazanır. Açıq-aşkar hiss olunur ki, komandalar meydanda canla-başla mübarizə aparır.

– Bu mövsüm üçün rəhbərlik konkret olaraq sizin qarşınıza hansı vəzifəni qoyub?
– Düzdür, hər kəs öz komandasının çempion olmağını istəyər, amma rəhbərlik bizim qarşımıza konkret tələb irəli sürməyib. Komandamızın 11 illiyini çempionluqla qeyd etmək istəyirik. İnşallah, hər şey istədiyimiz kimi gedər və mövsümün sonunda azarkeşləri sevindirərik.

– Mövsümün sonunda baş məşqçi Kaxaber Sxadadzenin komandadan ayrılması sizə nə dərəcədə təsir edə bilər?
– Sxadadzenin gedişi bizim üçün böyük itkidir, artıq 5 ilə yaxındır ki, “İnter”də baş məşqçi olduğundan, komandada müəyyən bir sistem, struktur formalaşdırmağı bacarıb. Komanda onun qurduğu sistemlə uğur qazanıb, onun futbol fəlsəfəsinə öyrəşib. Yəni, onun gedişindən sonra istər-istəməz çətinliklər olacaq, bu da yeni baş məşqçi gələnə qədərdir. Yeni baş məşqçi gələndə də öz fəlsəfəsini yeritməyə çalışacaq, biz də ona ən qısa zamanda uyğunlaşmağa çalışacağıq. Kaxaber Sxadadzeni də təbrik etmək lazımdır,  vətəndaşı olduğun ölkənin milli komandasında çıxış etmək həm futbolçu, həm də baş məşqçinin karyerasında pik nöqtədir. Mən ona uğurlar arzulayıram.

– Bu yaxınlarda milli komanda ilə Antalyaya  təlim-məşq toplanışına yollanmışdın. Toplanış nə dərəcədə səmərəli keçdi?
– Yeni baş məşqçi və futbolçuların bir-birini tanıması baxmınıdan yaxşı addım idi. Prosineçkinin verdiyi tapşırıqları maksimum səviyyədə yerinə yetirdik. Bunun da nəticəsini mart ayında Malta ilə oyunda görəcəyik. 

– Foqtsla müqayisədə Prosineçki necə təsir bağışladı?
– Mən Foqtsun vaxtında milli komandaya dəvət almamışdım, ona görə də onun istədiklərindən, oynatmaq istədiyi futboldan tam xəbərim yoxdur. Amma Porsineçkini müəyyən qədər tanıyıram, bizdən hücum futbolu oynamağımızı istəyir, futbolçulara güvənir və meydanda azadlıq verir. Biz də, inşallah, Malta ilə oyunda onun bu etimadını doğrultmağa çalışacağıq.
 
Ürfan Məmmədzadə

Son yazılar

To Top