Avropa Liqasının qrup mərhələsində səfərdə “İnter”in qonağı olacaq “Qarabağ”ın futbolçuları qarşıdakı oyunla bağlı fikirlərini bölüşüb.
Korner.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytına danışan İbrahim Şehiç Milanda “Qarabağ”ın hörmətə layiq komanda olduğunu göstərməyə çalışacaqlarını bildirib:
“İtaliyanın əsas komandalarından birinə qarşı necə oynayacağımızı heç kəs bilmir. Gəlin, matçdan zövq almağa çalışaq. Ən əsası da biz güclü və hörmətə layiq komanda olduğumuzu göstərəcəyik”.
“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli də oyunla bağlı fikirlərini bildirib:
“Futbolda hər şey mümkündür. Qarşıda nələrin baş verəcəyini bilmək olmazKim düşünərdi ki, Albaniya yığması Portuqaliyada qalib gələcək? Ancaq biz bunu bacardıq. “Qarabağ” da istəyi sayəsində “İnter”ə qalib gələ bilər. Bununla belə, biz rəqibin hücum xəttini unutmamalıyıq. Bu komanda bütün dünyada məşhurdur. Ona görə də bizim qarşımızda asan tapşırıq dayanmır”.
