Çempionlar liqası

“Qarabağ”ın potensial rəqibi bilindi!

23.07.2018 , 14:30

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 32 komanda iştirak edib. 

Çempionlar yolunda mübarizə aparan təmsilçimiz “Qarabağ”ın da mümkün rəqibləri bəlli olub. Ağdam klubu 2-ci mərhələdə Albaniyanın “Kukesi” klubunu keçərsə,  BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Çempionlar Liqası

III təsnifat mərhələsi

Çempionlar yolu

“Seltik” (Şotlandiya) – “Rusenborq” (Norveç) cütünün qalibi – AEK (Yunanıstan)

“Zalsburq” (Avstriya) – “Şerif” (Moldova) – “Şkendiya” (Makedoniya) cütünün qalibi

“Srvena Zvezda” (Serbiya) – “Suduva” (Litva) cütünün qalibi – “Legiya” (Polşa) – “Spartak” (Slovakiya) cütünün qalibi

“Kukesi” (Albaniya) – “Qarabağ” (Azərbaycan) cütünün qalibi – BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi

“Astana” (Qazaxıstan) – “Midtulland” (Danimarka) cütünün qalibi –

“Dinamo” (Xorvatiya) – “Hapoel” (Beer-Şeva, İsrail) cütünün qalibi

“Malmö” (İsveç) – ÇFR (Rumıniya) cütünün qalibi – “Lüdoqorets” (Bolqarıstan) – “Videoton” (Macarıstan) cütünün qalibi

Liqa yolu

“Standard” (Belçika) – “Ayaks” (Hollandiya) – “Şturm” (Avstriya) cütünün qalibi

“Benfika” (Portuqaliya) – “Fənərbaxça” (Türkiyə)

“Slaviya” (Çexiya) – “Dinamo” (Kiyev, Ukrayna)

PAOK (Yunanıstan) – “Bazel” (İsveçrə) cütünün qalibi – “Spartak” (Moskva, Rusiya)

3-cü təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab qarşılaşmaları isə 14 avqustda keçiriləcək.

Saat 14:45-də isə Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılacaq. Bununla Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində mübarizəni dayandıracaq klubların  Avroliqadakı rəqibləri bəlli olacaq. “Qarabağ” “Kukesi” səddini keçə bilməsə, aşağıdakı 9 komandadan birinə rəqib olacaq.

 

Səpələnməmişlər

TNS (Uels) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi

“Torpedo” (Kutaisi, Gürcüstan) – “Vikinqur” (Farer adaları) cütünün qalibi

“Spartak” (Latviya) – “La Fiorita” (San-Marino) cütünün qalibi

APOEL (Kipr) – “Flora” (Estoniya) cütünün qalibi

“Kork Siti” (İrlandiya)

Son yazılar

Yuxarı