İDDİA: Araz Abdullayev “Qarabağ”a transfer olunur
23.07.2018 , 13:44

Azərbaycan milli komandasının üzvü Araz Abdullayev “Qarabağ”la anlaşmaq üzrədi.
26 yaşlı yarımmüdafiəçi artıq 2 gündür ki, Ağdam klubunun düşərgəsindədi və klubla birgə məşqlərdə iştirak edir. Qarşıdakı günlərdə tərəflər arasında sözləşmənin imzalanması istisna deyil.
Xatırladaq ki, Yunanıstanın “Panionios” klubuyla 2 illik müqavilə imzalamış futbolçu bir neçə gün sonra şəxsi problemlərini əsas gətirərək, Bakıya geri dönmüşdü. (sportlife.az)
