“Qarabağ”ın oyunçusu milliyə çağırıldı
31.05.2024 , 16:00

“Qarabağ”ın futbolçusu Yassin Benzia Əlcəzair millisinə çağırılıb.
Korner.az xəbər verir ki, bu barədə Əlcəzair Futbol Federasiyası məlumat yayıb.
Baş məşqçi Vladimir Petkoviçin yığmaya cəlb etdiyi 25 futbolçudan ibarət siyahıda 29 yaşlı yarımmüdafəçi də yer alıb.
Benzia DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Qvineya (6 iyun) və Uqanda (10 iyun) matçlarında komandasına kömək edə bilər.
