Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “İnter”i 4:1 hesabı ilə məğlub edən “Kalyari”nin sözügedən oyundakı taktiki düzülüşü maraq doğurub.
Korner.az-ın məlumatına görə, Türkiyə mətbuatı bir vaxtlar “Fənərbağça”nı çalışdırmış, hazırda “Kalyari”yə rəhbərlik edən Zdenak Zemanın komandasını Milan təmsilçisinə qarşı 0-2-8 taktiki düzülüşü ilə oynatdığını iddia edib.
Bunu futbolçuların start fitindən əvvəlki düzülüşü də təsdiqləyir.
