Avrokuboklardan kənar qalan “Qarabağ”ın mövsümlərarası fasilədəki hazırlıq planı məlum olub. Korner.az-ın məlumatına görə, 2011/2012 mövsümünün ardından istirahətə buraxılan Ağdam təmsilçisinin futbolçuları iyunun 24-də bir araya gələcək.
Qurban Qurbanovun yetirmələri hazırlığın ilk mərhələsini Bakıda keçirəcək. Bu hazırlıq 1 həftə sürəcək. Bundan sonra “Qarabağ” ölkə xaricinə təlim-məşq toplanışına yollanacaq.
