Premyer Liqanın XXI turunda “Qarabağ” AZAL-ı qəbul edəcək.
Korner.az-ın məlumatına görə, bu oyun tərəflər arasında çempionatdakı 21-ci qarşılaşma olacaq.
AZAL çempionatın lideri özü üçün uğursuz rəqiblərdən biri sayılır. “Qarabağ” 10-cu dəfə qalib gəlmək iddiasında olduğu “təyyarəçilər”i cari mövsüm uda bilməyib. Ağdam təmsilçisi bakılılarla son 4 qarşılaşmada cəmi 1 dəfə 3 xala sevinib.
Ümumilikdə “Qarabağ” 9, AZAL 5 qələbə qazanıb, 6 matçda qalib müəyyənləşməyib. Ağdamlıların 22 qoluna bakılılar 21 dəfə cavab verib.
