Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” sabah Türkiyəyə yola düşür.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi 2014/2015 mövsümünün ikinci yarısına Antalyada hazırlaşacaq. Komanda burada 21 gün təlim-məşq toplanışında olacaq.
“Qarabağ” fevralın 1-də Bakıya dönəcək.
Təlim-məşq toplanışı müddətində Qurban Qurbanovun komandası altı yoxlama matçı keçirəcək.