Topaz Premyer Liqasının VII turunun son oyunu keçirilib. Öz meydanında “Zirə”ni qəbul edən “Qarabağ” rəqibi ilə xalları yarı bölüb. Matç qolsuz bərabərliklə yekunlaşıb – 0:0.
Oyundan sonra keçirilən mətbuat konfransında “Zirə”nin baş məşqçisi Ayxan Abbasov matç haqda fikirlərini bildirib:
“Çətin oyun olacağını bilirdik. Buna hazır idik. Sevindirici hal odur ki, birinci dövrədə məğlub olmadıq. Səfərdən bir xal bizim üçün normaldı. Bu gün taktiki baxımındna futbolçular tapşırıqları yerinə yetirməyə çalışdılar. Son dəqiqədə müdafiədə səhv oldu, ancaq oyun boyu yaxşı oynamağımız xal qazanmağımıza səbəb oldu. Qarşıda hazırlaşacağıq, işlərimiz çoxdu”
Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
– 8 oyundu “Zirə” “Qarabağ”a qol vura bilmir. Bunun səbəbi nədir?
– Bunun səbəbi “Qarabağ”dır. İmkan vermirlər.
– Avroliqa təcrübəsinin komandaya müsbət təsiri oldumu?
– Əlbəttə, ötən ilə baxanda daha özgüvənli oynayırıq. Təcrübəmiz artır, ancaq yeni komandayıq.
