"Qarabağ" Premyer Liqanın IV turunda qarşılaşacağı "Rəvan"la oyunun hazırlıqlarını davam etdirir.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Sumqayıt" üzərində 6:1-lik qələbədən sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandaya 1 günlük bayram istirahəti vermişdi.
Artıq hazırlıqlara start verən komanda gündə 1 dəfə olmaqla məşqlərini Suraxanı qəsəbə stadionunda keçir. Sonuncu oyunda qırmızı vərəqə alan Qara Qarayev "Rəvan"la oyunu buraxacaq.
Qeyd edək ki, "Qarabağ" – "Rəvan" oyunu avqustun 24-də 20:00-da, Mərdəkanda "Dalğa Arena"da baş tutacaq.
