"Neftçi"nin UEFA Avropa Liqası play-off mərhələsindəki rəqibi APOEL heyətini gücləndirir.
Korner.az-ın məlumatına görə, Kipr təmsilçisi İngiltərənin "Bləkbörn" klubundan Radoslav Petroviçi heyətinə qatmaq üçün danışıqlara başlayıb. Serbiyalı yarımmüdafiəçi əvvələr "Partizan"ın da şərəfini qoruyub. Petroviç İngiltərə təmsilçisi ilə ötən mövsüm 4 illik müqavilə bağlamışdı. Onun transferi 3 milyon avroya başa gəlmişdi.
