“Qarabağ” – “Neftçi” matçı 3 manata
23.04.2024 , 17:19

Azərbaycan kubokunun yarımfinal mərhələsində keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasının biletləri bu gün saat 12:00-dan etibarən “iticket.az”da satışa çıxarılıb.
Korner.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Biletlər bu gün “iticket.az”da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Sabah keçiriləcək “Qarabağ” – “Neftçi” oyununa saat 20:00-da start veriləcək.
