“Qarabağ” – HİK matçının yeri və saatı açıqlandı
03.08.2023 , 14:47

“Qarabağ”ın Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-lə (Finlandiya) ilk oyunun başlama saatı və stadionu müəyyənləşib.
Korner.az xəbər verir ki, avqustun 10-u oynanılacaq matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
Ağdam təmsilçisi bu mövsüm Çempionlar Liqasındakı ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirmişdi.
