“Monako”dan yeni transfer
03.08.2023 , 14:23

“Monako” yeni transferini həyata keçirib.
Korner.az xəbər verir ki, klub “Sauthempton”un mərkəz müdafiəçisi Məhəmməd Salisunu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
