"Qaziantepspor"la matçdan sonra "Fənərbağça" ilə yollarının ayrılma nöqtəsinə gələn Aleks de Souzaya "Qalatasaray"lı azarkeşlərdən dəstək gəlib. Virtual aləmdə "Yubiley oyununu bizdə oynasın" şəklində yayılan mesajlara "Cim-bom"un prezidentindən cavab gəlib.
Korner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aysal Aleks çox istedadlı və önəmli futbolçu olduğunu deyib: "Aleks uzun illərdi "Fənərbağça"da oynayır. Ancaq bizim Aleks barəsində bir planımız yoxdu".
Alekslə problemin "Fənər"in daxili işi olduğunu deyən "Qalatasaray"ın başqanı bu səbəbdən məsələni şərh etmək istəməyib.
