big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Xəzər Lənkəran”dan son cavab gözləyirik” – MÜSAHİBƏ

27.08.2012 , 09:02

“Qarabağ”ın direktoru Əmrah Çəlikəlin müsahibəsi.

– Hücumçunuz Rauf Əliyevin “Xəzər Lənkəran”a keçidi ilə bağlı məsələ nə yerdədir?
– Məsələ bu günlərdə həll olunmalıdır.

– Yəni transferin rəsmiləşməsi qalıb?
– Bunun üçün “Xəzər Lənkəran”ın istəyi olmalıdır. Biz öz tərəfimizdən razılığımızı vermişik.

– Raufla müqaviləniz olduğunuzdan, keçidi razılaşdırmaq lazımdır…
– Bəli, Raufla 2 illik müqaviləmiz var. “Xəzər Lənkəran”la keçidlə bağlı danışıqlar gedir və onlardan son cavab gözləyirik. Bundan sonra məsələnin rəsmiləşdirməyi ilə məşğul olaq və iş bitib qurtarsın.

– Futbolçunuza görə kompensasiya istəməyə hüququnuz var və onun məbləği ilə bağlı müəyyən fikirlər səslənir…
– Bunu konkret açıqlamaq düzgün deyil. Sadəcə, Rauf bizim yetirməmizdir və onun yetişdirmə haqqını istəyirik. Bunu “Xəzər Lənkəran” da başa düşür, biz də. Ümumiyyətlə, yetirməmizlə maraqlanan hər bir klub bunu bilir. Kompensasiya məbləği bizimlə “Xəzər Lənkəran” arasında olan məsələdir.

– Onu bilmək olarmı ki, bu, Azərbaycan üçün böyük məbləğdir?
– Elə də böyük deyil.

– Əliyevin adı bir müddət öncə də “Xəzər Lənkəran”ın ətrafında hallanırdı. Bu dəfə maraq, keçid ilə bağlı danışıqlar nə vaxt oldu?
– Son 1 həftədə. “Xəzər Lənkəran” bizə rəsmi təklif irəli sürdü və danışıqlara başladıq.

– Rauf təkcə yetirməniz yox, eyni zamanda aparıcı futbolçunuz olduğundan, onun çempionluq uğrunda əsas rəqiblərinizdən birinə keçidə razılıq verməyə tərəddüd etmədiniz?
– Bu, strategiya məsələsidir. Burada futbolçunun istəyi də rol oynayır. Razılığımızı verəndə Raufun istəyini də nəzərə aldıq. Bəlkə burada rahat deyil, ab-havanı dəyişmək, özünü başqa klubda sınamaq istəyir. Bildiyiniz kimi, Əliyev həm “Qarabağ”ın, həm də Azərbaycan millisinin aparıcı futbolçularından biridir. İstəyirik ki, karyerası daha da yaxşı olsun, keçidi onun üçün xeyirli olsun.

– Rauf ötən ilin ən yaxşı futbolçusu seçiləndən sonra karyerası elə də uğurla davam etmir, hətta bir müddət “Qarabağ”ın əsas heyətində kənarda qaldı. Bunu nə ilə əlaqələndirirsiniz?
– Hər bir futbolçunun karyerasında eniş, yüksəliş, pik nöqtəsi olur. Mən demirəm ki, Rauf ilin futbolçusu seçiləndən sonra “ulduz xəstəliyi”nə tutuldu, özünü buraxdı. İnanıram ki, o, üzləşdiyi problemlərin həll etməyin öhdəsindən gələcək.

– Sizcə, onun gedişi komandanız üçün ciddi itki olacaq?
– İnanmıram. Hər halda, futbolu 1 yox, 11 nəfər oynayır.

– Hər halda, Raufun yerinə hücumçu almağınız lazımdır. Özü də yerli futbolçuların klubları ilə müqavilələri olduğundan, bu, əcnəbi olmalıdır…
– Bəli, onun yerinə əcnəbi hücumçunu almaq nəzərdə tutulub. Bununla bağlı işlər aparırıq.

– “Transfer pəncərəsi” avqustun 31-də bağlanacağınızdan, vaxt azdır. Həmin vaxta kimi çatdıra biləcəksiniz?
– Çalışacağıq ki, çatdıraq. Bəzi futbolçular var ki, onları komandamıza gətirmək istəyirik.

apasport.az

Son yazılar

To Top