“Qalatasaray” klubu yeni baş məşqçi axtarışını davam etdirir.
Korner.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, klub italiyalı mütəxəssis Roberto Di Matteonu kluba gətirməyə çox yaxındır.
Yup Haynkeslə razılaşa bilməyən “Cim Bom” Di Matteo ilə razılığa gəlib. Məşqçinin 1-2 gün içərisində İstanbula gəlib rəsmi müqaviləyə imza atacağı gözlənilir.