“Qalatasaray”dan ayrıldı, bu kluba keçdi
30.08.2023 , 12:35

“Pendikspor” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, klub “Qalatasaray”dan ayrılan Alpaslan Öztürkü sıralarına qatıb.
İstanbul təmsilçisi 30 yaşlı futbolçu ilə 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
