“Qalatasaray” onlarla “davam” dedi
19.04.2024 , 21:19

“Qalatasaray”da 5 yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yayılan məlumatda, İstanbul nəhənginin Barış Alper Yılmaz, Lukas Torreyra, Fernando Muslera, Kaan Ayhan və Abdülkerim Bardakcı ilə sözləşmənin müddətini yenilədiyi diqqətə çatdırılıb.
