Türkiyə Superliqasının 2011-2012-ci illər mövsümünün çempionu olan "Qalatasaray" artıq transfer çalışmalarını sürətləndirib.
Korner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk iş yaxşı hücumçu almaq olacaq. Bu məqsədlə "sarı-qırmızılılar"ın baş məşqçisi Fatih Terimin istəyi ilə uzun müddətdi gözaltı edilən "Valensiya"nın 26 yaşlı forvardı Roberto Soldado üçün ispan klubu ilə danışıqlara başlayıb. Çex hücumçu Milan Baroşla yolları ayırmağı düşünən "Qalatasaray" onun yerinə gənc və daha faydalı oyunçu almaq istəyən "sarı-qırmızılılar" Soldadonun transferini qısa müddətdə reallaşdırmaq istəyir.
Bu mövsüm La Liqada oynadığı 32 matça 17 qol vuran ispan futbolçu, Çempionlar Liqasında 6 oyunda 5 qola imza atmışdı. Kral kuboku, Avropa Liqası və İspaniya millisinin forması altında meydana çıxdığı ümumilikdə 52 qarşılaşmada 30 qol vuraraq diqqətləri üzərinə çəkməyə nail olmuşdu.