Transfer fəaliyyətini davam etdirən “Qalatasaray”da üzlər gülməkdədir.
Korner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, illərdi maddi baxımdan çətinliklər yaşamış klubun xəzinəsi aşıb-daşacaq. Ünal Aysalın klub başqanı seçilməsindən sonra sərmayə yatırımın 4 dəfə artırılması səbəbiylə “sarı-qırmızılılar”ın kassasına 279 milyon lirə (təxminən 140 milyon manat) daxil olacaq. Digər tərəfdən, Superliqanı qalib kimi tamamlayan “Cim Bom” təkcə teleyayımdan 71.4 milyon lirə almaq haqqı qazanıb. Üstəlik, UEFA-dan təxminən 40 milyon lirənin ödəniləcəyi bildirilir. Beləliklə, klubun xəzinısinə ümumilikdə 400 milyon lirə daxil olacaq.
