Madrid "Real"ının ulduz futbolçusu Kriştiano Ronaldo tatar əsilli supermodel İrina Şeyk ilə nikah və toy gününü açıqlayıb. Korner.az-ın məlumatına görə, portuqaliyalı futbolçu subaylıqın daşını iyulun 12-də atacaq.
26 yaşlı Ronaldonun toyu İspaniyanın Madeyra arxipelaqındakı Portu Santu adasında olacaq. Toyun dəbdəbəsi və xərcləri ilə İspaniya tarixinə düşəcəyi gözlənilir.
