Qadınlar arasında Avro-2013-ün seçmə oyunlarına azərbaycanlı hakimlərə də təyinat verilib.
Korner.az– ın məlumatına görə, sentyabrın 19-da baş tutacaq Bosniya və Herseqovina – Makedoniya matçının baş hakimi Venera Muradova-Kahriç olacaq. Sarayevodakı Asim Ferhatoviç stadionunda baş tutacaq onun köməkçilərinin adı hələ müəyyənləşməyib.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
