big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Qəbələ”nin vitse-prezidenti devalvasiya haqda: Təsirsiz ötüşməsi mümkün deyil – MÜSAHİBƏ

24.12.2015 , 11:02

“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun müsahibəsi.
 
– Transfer çalışmaları ilə bağlı planlarınız necədi?
– Baş məşqçi bizdən hələlik 2 legioner və  1 yerli futbolçunun transferini istəyib. Yerli futbolçulardan kiminlə danışıq apardığımızı deməyəcəm. Legionerlərlə bağlı isə namizədimiz yoxdu.
 
– Mətbuatda Kiyev “Dinamo”sunun oyunçusu ilə maraqlandığınız haqda məlumat yayılıb. Belə çıxır ki, yenə Ukrayna bazarına üz tutacaqsınız?
– Mətbuatın nə yazdığını bilmirəm. Amma elə deyil. Çünki legionerlərlə bağlı siyahı mənə təqdim edilməyib.
 
– Yeni transferləriniz birbaşa Antalya toplanışına gələcək?
– Siyahını hələ hazırlamamışıq. Gərək bu siyahı olsun, danışıqlar aparaq, sonra onlar Antalya toplanışına gəlsinlər. Yenə deyirəm, baş məşqçi istəyini bizə bildirib. Amma siyahıda Ukraynadan futbolçu yoxdu.
 
– Derlis Meza Kollinin gedişi nə ilə bağlıdı?
– Baş məşqçi qalmasını istəyirdi. Hətta üçümüzün birgə söhbəti oldu. Qriqorçuk ona yüksək səviyyəli futbolçu olduğunu və komandada qalmasını istədiyini dedi. Özü də Derlis son vaxtlar arzulanan formaya düşmüşdü. Çox təəssüf ki, o, baş məşqçi ilə anlaşa bilmədi. Hansı mövzuda ortaq məxrəcə gələ bilmədilər, bunu bilmirəm. Ola bilsin, az şans verildiyi üçün komandadan ayrıldı.
 
– Problem maliyyə ilə bağlı deyildi?
– Qətiyyən.
 
– Yayda “Qəbələ Cup” turniri keçiriləcək?
– Artıq danışıqlar aparılır. Hələ ki, təsdiqlənən komanda yoxdu. İştirakçılar arasında tanınmış klubların komandaları da olacaq, tanınmayan, amma uşaq futbol akademiyaları güclü olan kollektivlər də.
 
– Deyilənə görə, okeanın o tayından da gələn olacaq…
– Düzgün məlumatdı. Bir komanda razılığını verib, kim olacağını tam dəqiqləşdikdən sonra açıqlayacağıq.
 
– Klubun akademiyasına rəhbər təyinatı nə vaxt olacaq?
– Axtarışlarımız gedir. Çalışırıq ki, həmin sistemə sadiq olan mütəxəssis olsun. Həmin mütəxəssis Hollandiyadan və ya İspaniyadan olacaq. Stenli Brardın işindən razı qaldıq. O, akademiyamıza yeniliklər gətirdi. Onun qurduğu sistemi davam etdirmək istəyirik.
 
– Devalvasiya klubun büdcəsinə təsirsiz ötüməyib. Yeni büdcəni müzakirə etmisinizmi?
– Hələ klub rəhbərliyi ilə görüşməmişik. Bununla bağlı mən qərar verə bilmərəm.
 
– Amma birinci devalvasiyadan sonra problemlərlə üzləşmişdiniz. İkinci daha sərt oldu.
– Düzdü, birinci devalvasiyanın təsiri oldu, amma işimizə mane yaradacaq qədər deyildi. Bu dəfə… Hər şey ola bilər. Təsirsiz ötüşməsi mümkün deyil.

– Futbolçularla müqavilələrdəki məbləğlər manatla göstərilib, yoxsa əcnəbi valyuta ilə?
– Legionerlərlə, eləcə də yerlilərin bir qismi ilə anlaşmada məbləğ dollarla göstərilib.

apasport.az

Son yazılar

To Top