Sloveniyada hazırlıqlarını davam etdirən “Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndiri
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Qvineya yığmasının üzvü Omar Kalabane ilə 2 illik müqavilə imzalanıb. 31 yaşlı müdafiəçi karyerası ərzində Tunisin “ES Sabel”, Fransanın “Oser”, Türkiyənin “Manisaspor” və BƏƏ-nin “Əl-Dafra” klublarında top qovub. Hazırda Sloveniyada – “Qəbələ”nin düşərgəsində olan Kalabane artıq yeni komandası ilə məşqlərə çıxıb.
Dosye
Omar Kalabane
Amplua: Müdafiəçi
Doğulduğu yer: Konakri, Qvineya
Doğulduğu tarix: 08.04.1981
Boyu: 1,92 m
Çəkisi: 79 kq