"Qəbələ"nin hücumçusu Murad Hüseynov İstanbulda klubun tibbi tərəfdaşı olan "Acıbadem" xəstəxanasında əməliyyat edilib. Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ayaq biləyində yaranan problemə görə cərrah bıçağı altına yatan Hüseynovun əməliyyatı uğurla sona çatıb.
Artıq ayağa qalxan hücumçunun yaxın bir neçə həftədə bərpa prosesini tamamlayacağı və komandanın növbəti mövsüm hazırlıqlarına qatılacağı gözlənilir.
