Futbol

“İnter” “Napoli”nin futbolçusuna elçi düşdü

10.05.2012 , 08:27

İtaliyanın "İnter" klubu yay transfer dönəmində heyətinə güclü bir forvard qatmağı planşaldırır. Korner.az-ın məlumatına görə, Milan təmsilçisi "Napoli"də bu mövsüm əla çıxış edən Ezequiel Lavezzini sıraıarına qatmağı planlaşdırır. 

Dieqo Forlandan istədiyini ala bilməyən "İnter" argentinalı Lavezzini hücum xəttindəki boşluqu doldurmaq üçün transfer etmək istəyir.

Transfer dəyəri 31 milyon avro olan futbolçu üçün "İnter" neapollularla danışıqlar masasına keçərək bu rəqəmi azaltmaq istəyir. 

Qedy edək ki, 2007-ci ildən "Napoli" formasını geyinən Lavezzi meydana çıxdığı 152 çempionat oyununda 38 qola imza atıb.

Son yazılar

Yuxarı