“Qəbələ” klubu heyətinə daha bir futbolçu cəlb edib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Rəşad Abdullayev və Şəhriyar Xəlilovu rənglərinə bağlayan komanda bu dəfə qapı xəttini gücləndirib.
2010-2011 mövsümünü “Qəbələ”də keçirən, geridə qalan futbol ilində isə “Turan”ın qapısını qoruyan milli komandanın üzvü Anar Nəzirov “Qəbələ” ilə birillik müqavilə imzalayıb.
