“Qəbələ”dən daha bir transfer
04.07.2023 , 19:23

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qəbələ” daha bir futbolçu transfer edib.
Korner.az xəbər verir ki, “qırmızı-qaralar” Gilad Avramovu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İsrailli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 23 yaşlı futbolçu peşəkar karyerasına 2018/19 mövsümündə “Hapoel” (Hadera) klubunda başlayıb. Son 5 mövsümü bu komandada keçirən yarımmüdafiəçi 118 oyunda 5 qol vurub.
“Qəbələ” indiyədək Ahmed Ayzaya, Zurab Oçiqava, Lukas Afrikonu da transfer edib.
