Vüsal “Sumqayıt”dan getdi
04.07.2023 , 19:19

“Sumqayıt” futbolçusu Vüsal İsgəndərli ilə yollarını ayırdığını rəsmən açıqlayıb.
Korner.az xəbər verir ki, futbolçu Albaniyanın yüksək liqa təmsilçisi “Eqnatiya”ya transfer olub. Bu barədə məlumatı gənclik şəhəri təmsilçisinin mətbaut xidməti yayımlayıb.
Daha əvvəl “Eqnatiya”nın prezidenti Agim Demrozi Vüsal ilə 3 illik müqavilə imzalandığını qeyd etmişdi.
